İmişlidə "KaMAZ"la minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb

İmişlidə "KaMAZ"la minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb Yaralılar xəstəxanaya çatdırılıb
Hadisə
4 Noyabr , 2017 21:35
İmişlidə KaMAZla minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb

İmişli. 4 noyabr. REPORT.AZ/ İmişli rayonunda baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb. 

"Mersedes" markalı avtomobil hərəkətdə olarkən "KaMAZ" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində Biləsuvarda müvəqqəti məskunlaşmış Cəbrayıl rayon sakinləri - 39 yaşlı Abas Əhliman oğlu Qəmzəyev, 36 yaşlı Əhmədxan Sədaqət oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar İmişli Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada tibbi yardım göstərildikdən sonra hər iki yaralı travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi