Yuxarı
    Bağlamaq

    İmişlidə iki yük maşını toqquşub, xəsarət alanlar var

    Onların vəziyyətinin ağır olduğu bildirilir

    Bakı. 15 fevral. REPORT.AZ/ İmişli rayonunda iki yük maşını toqquşub. "Report"un məlumatına görə, hadisə rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Qaralar kənd sakini, 25 yaşlı Samir İlqar oğlu Qənbərov idarə etdiyi "KamAZ" markalı yük maşını ilə hərəkətdə olarkən qarşıdan gələn "Shagman" markalı yük maşını ilə toqquşub. Baş verən yol qəzası nəticəsində "KamAZ"ın sürücüsü və "Shagman"da olan sərnişin, 25 yaşlı Babək Güloğlan oğlu Fəzillu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb, onların vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi