İmişlidə yol qəzası olub, xəsarət alan var - FOTO

İmişlidə yol qəzası olub, xəsarət alan var - FOTO İmişlidə xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
5 İyun , 2019 22:24
İmişlidə yol qəzası olub, xəsarət alan var - FOTO
Foto: "Report"

İmişlidə xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə saat 21 radələrində, Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil "Moskviç"lə toqquşub. Qəza zamanı İmişli rayon Sərxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Samir Ağabala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son xəbərlər

Orphus sistemi