İmişlidə evdə oğurluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon ərazisindəki evlərin birindən 2 700 manat pul və 700 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Tağıyev saxlanılıb.