İmişlidə evdən 10 min manatlıq oğurluq edilib - VİDEO

İmişlidə evdən 10 min manatlıq oğurluq edilib - VİDEO İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarışları tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb.
Hadisə
9 İyun , 2020 13:53
İmişlidə evdən 10 min manatlıq oğurluq edilib - VİDEO

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarışları tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, onlardan biri - Elbrus Allahyar oğlu Muradov rayon sakini Qismət Abbasova məxsus evdən 5 000 manatlıq qızıl-zinət əşyaları, 4 000 manat və 650 ABŞ dolları aparıb. 

Bundan başqa, Umud Umudlu  Qəzənfər İsaqlı iki baş iribuynuzlu heyvan oğurlayarkən saxlanılıblar. 

Hər üç faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi