İmişlidə beşotaqlı ev yanıb - FOTO

İmişlidə beşotaqlı ev yanıb - FOTO İmişli rayonunda fərdi yaşayış evi yanıb.
Hadisə
21 İyun , 2019 20:42
İmişlidə beşotaqlı ev yanıb - FOTO
Report

İmişli rayonunda fərdi yaşayış evi yanıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Çaxırlı kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Firudin Maşallah oğlu İsayevə məxsus ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli, beşotaqlı evdə yanğın olub. Əraziyə İmişli rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hadisə nəticəsində xəsarət alan olmasa da, ev yanaraq külə dönüb. Yanğın söndürülüb, alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi