Yuxarı
    Bağlamaq

    İmişlidə baş verən zəlzələ zamanı bəzi evlərdə çatlar əmələ gəlib - YENİLƏNİB

    Zəlzələ 4 bal gücündə olub

    İmişli. 1 avqust. REPORT.AZ/ İmişli rayonunda baş verən zəlzələ zamanı bəzi yaşayış evlərində və iaşə obyektlərində dağıntılar və çatlar əmələ gəlib.
    "Report"un Aran bürosunun məlumatına görə, zəlzələ zamanı Rayon İaşə Birliyinin binasının bir hissəsi dağılıb. İlkin məlumatlara görə, rayonun Depo
    məhəlləsində iki fərdi yaşayış evində çatlar əmələ gəlib.


    *** 09:27

    İmişli rayonunda baş verən zəlzələ zamanı bəzi evlərdə çatlar əmələ gəlib.

    Bu barədə "Report"un Aran bürosu məlumat verir.

    Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb.

    Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi