İmişlidə baş verən yol qəzasında sürücü yaralanıb
Hadisə
- 24 oktyabr, 2016
- 05:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İmişli. 24 oktyabr. REPORT.AZ/ İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Daş körpü deyilən ərazisində qeydə alınıb.
Belə ki, rayonun Bəhrəmtəpə qəsəbəsinin sakini, 38 yaşlı İman Mirkərəm oğlu İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı beton dirəyə çırpıb.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. İlkin yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr
23:26
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Digər ölkələr
23:17
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika
23:01
Ərdoğanla Tramp arasında telefon danışığı olub, qlobal proseslər müzakirə edilib
Region
22:47
"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə təmsilçisinə qalib gəlib
Komanda