Yuxarı

​İmişlidə avtomobillə motosikl toqquşub, 2 nəfər xəsarət alıb

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır

Bakı. 26 may. REPORT. AZ / İmişlidə baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb. “Report” xəbər verir ki, hadisə bu gün axşam saat 23:20 radələrində İmişli şəhərinin mərkəzində qeydə alınıb.

Belə ki, rayonun Otuziki kənd sakini, 28 yaşlı Ülvi Taleh oğlu Baxşəliyev idarə etdiyi motosikllə hərəkətdə olarkən “Vaz-2106” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə ilk tibbi yardım göstərilib.

“Vaz-2106” avtomobilinin sürücüsünün xəsarəti yüngül olduğundan o, ambulator müalicəyə göndərilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi