İmişlidə avtomobil piyadanı vurub

İmişlidə avtomobil piyadanı vurub Nemət Əhmədov yolu keçmək istərkən minik avtomobili tərəfindən vurulub
Hadisə
22 Aprel , 2017 00:45
İmişlidə avtomobil piyadanı vurub

İmişli. 22 aprel. REPORT.AZ/ İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Yalavac kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 28 yaşlı Əhmədov Nemət Cəlil oğlu yolu keçmək istərkən minik avtomobili tərəfindən vurulub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, ilk tibbi yardım aldıqdan sonra travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi