İmişlidə avtomobil piyadanı vurub

İmişlidə avtomobil piyadanı vurub İmişli. 20 dekabr. REPORT.AZ/ İmişli rayonunda avtomobil piyadanı vurub.
Hadisə
20 Dekabr , 2018 20:50
İmişlidə avtomobil piyadanı vurub

İmişli. 20 dekabr. REPORT.AZ/ İmişli rayonunda avtomobil piyadanı vurub.

“Report”un Aran bürosu xəbər verir ki, Aranlı küçəsi, 1 saylı evdə yaşayan 1966-cı il təvəllüdlü Budaqov Rafiq Novruz oğlu bu gün axşam saatlarında rayonun Göbəktala kəndində yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Piyadanın sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi