​İmişlidə avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb

​İmişlidə avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb Hadisə gecə saatlarında baş verib
Hadisə
7 Avqust , 2016 08:28
​İmişlidə avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb

İmişli. 7 avqust. REPORT. AZ/ İmişlidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaradonlu kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini Həsən Əsgərov gecə saatlarında evə gedərkən onu avtomobil vurub. Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində keçinib, sürücü isə qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi