​İmişlidə avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xəsarət alıb

​İmişlidə avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xəsarət alıb Hadisə bu gün axşam Heydər Əliyev prospektində qeydə alınıb
Hadisə
4 May , 2016 21:04
​İmişlidə avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xəsarət alıb

Bakı. 04 may. REPORT. AZ / İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, rayonun Meliorator qəsəbəsinin sakini, 25 yaşlı Elçin Razi oğlu Cəfərov idarə etdiyi “Jiquli” markalı avtomobillə prospektdə hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi