Yuxarı

​İmişlidə avtomobil aşıb, sürücü xəsarət alıb

Qəni Səmədov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

Bakı. 5 iyun. REPORT.AZ/ İmişlidə yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə gecə saat 01:45 radələrində rayonun Araz körpüsü adlanan ərazidə qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 53 yaşlı Qəni Hənnan oğlu Səmədov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri olan sürücü İmişli Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi