İmişlidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

İmişlidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB İmişli rayonunda başverən ağır yol-nəqliyyta hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
14 Sentyabr , 2019 16:17
İmişlidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

İmişli rayonunda başverən ağır yol-nəqliyyta hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Şahverdili kənd sakini, 1991-ci il təvəllüdlü İmanov Cəlil Daşqın oğlu idarə etdiyi “VAZ-2101” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb. 

Qəza nəticəsində sürücü və həmkəndlisi olan sərnişin, 1941-ci il təvəllüdlü İsmayılov Cəbrayıl Cabbar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


*** 12:13

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə İmişil şəhər Xanhüseyn Bəylərov küçəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi