İmişlidə 34 yaşlı qadını ilan sancıb

İmişlidə 34 yaşlı qadını ilan sancıb İmişli rayonunda 34 yaşlı qadını ilan sancıb.
Hadisə
25 İyun , 2019 19:35
İmişlidə 34 yaşlı qadını ilan sancıb

İmişli rayonunda 34 yaşlı qadını ilan sancıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün rayonun Oruclu kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Baloğlanova Gülnar Qaraş qızını pambıq tarlasında işləyərkən ilan dişləyib. Yaralı dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilan zəhərinə qarşı zərdab vurulub, zəruri tibbi yardım göstərilib.

Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi