İmişlidə 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

İmişlidə 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Hadisə
30 Yanvar , 2016 15:03
İmişlidə 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

Bakı. 30 yanvar. REPORT. AZ/ İmişlidə 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Ətrafyol deyilən ərazisində qeydə alınıb.

Beyləqan rayon sakini, 29 yaşlı Elnur Məhəmməd oğlu Rəsulov idarə etdiyi "Prado" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yolun kənarına aşıb. 

Hadisə nəticəsində sürücü və avtomobilin salonunda olan həmyerlisi, 29 yaşlı Elşad Elyar oğlu Sadıxanov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi