​İmişli rayonunda 6 otaqlı ev yanıb - FOTO

​İmişli rayonunda 6 otaqlı ev yanıb - FOTO Hadisə nəticəsində xəsarət alan olmayıb
Hadisə
12 May , 2016 07:49
​İmişli rayonunda 6 otaqlı ev yanıb - FOTO

Bakı. 12 may. REPORT.AZ/ İmişli şəhərində yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Gülsurə Baba qızı Yusifovaya məxsus olan Xaqani küçəsi, ev 38-də qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Ümumi sahəsi 168 kv. metr olan 1 mərtəbəli 6 otaqlı evin 90 kv. metri içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi