Yuxarı

​İlqar Məmmədovun kassasiya şikayətinə baxacaq hakimin adı açıqlanıb

İş Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatına verilib

Bakı. 6 iyul. REPORT.AZ REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxacaq hakimin adı açıqlanıb.

Bu barədə "Report"a İ.Məmmədovun vəkili Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, iş Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatına verilib, lakin məhkəmənin vaxtı hələ təyin edilməyib.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kassasiya şikayəti verib.

Xatırladaq ki, T.Yaqublu Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi