Yuxarı

​İlhamə Quliyevanın sabiq köməkçisinin işi ilə bağlı ekspertiza təyin olunub

Mehriban Hüseynovanın işi ilə bağlı xətşünaslıq ekspertizası təyin edilib

Bakı. 6 may. REPORT.AZ/ Mərhum xalq artisti İlhamə Quliyevanın həbsdə olan sabiq köməkçisi Mehriban Hüseynovanın işi ilə bağlı ekspertiza təyin olunub.

Bu barədə "Report"a M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib.

Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin işi ilə bağlı xətşünaslıq ekspertizası təyin edilib.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi