Yuxarı

Ölüm işinə görə tutulan polis əməkdaşının həbs müddəti uzadılıb

İlham Süleymanov Elmir Axundovun ölümünə görə həbs edildi

Bakı. 20 dekabr. REPORT.AZ/ Nəsimi Rayon Məhkəməsində Qazax rayonunda ölüm işinə görə həbs olunan polis əməkdaşı İlham Süleymanov barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

"Report"un məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqdimat təmin edilib, İ.Süleymanovun həbs müddəti 2 ay artırılıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Qazax rayon Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İ.Süleymanov Elmir Axundovun Qazax rayon Polis şöbəsində vəfat etməsi ilə bağlı həbs olunub.

Xatırladaq ki, bir qədər əvvəl İ.Süleymanov Nəsimi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Hökmdən narazı qalan istintaq orqanı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin edib. Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub və İ.Süleymanov yenidən həbs olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi