​İlham Əliyev: “Azərbaycan AŞPA-nın üzvü kimi müsbət inkişaf proseslərinə öz töhfəsini verməkdə davam edir”

​İlham Əliyev: “Azərbaycan AŞPA-nın üzvü kimi müsbət inkişaf proseslərinə öz töhfəsini verməkdə davam edir” Dövlət başçısı AŞPA-nın prezidentini qəbul edib
Hadisə
1 Mart , 2016 13:30
​İlham Əliyev: “Azərbaycan AŞPA-nın üzvü kimi müsbət inkişaf proseslərinə öz töhfəsini verməkdə davam edir”

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramuntu qəbul edib. “Report”un xəbərinə görə, Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsi münasibətilə Pedro Aqramuntu təbrik edən dövlət başçısı onun yeni vəzifəyə seçildikdən az müddət sonra Azərbaycana səfər etməsini əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycanın bu təşkilatla tamhüquqlu əməkdaşlığının 15 illik bir tarixi əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının üzvü kimi müsbət inkişaf proseslərinə öz töhfəsini verməkdə davam etdiyini bildirib. Dövlət başçısı tərəfdaşlığımızın bundan sonra yeni inkişaf səviyyəsinə doğru irəliləyəcəyinə də əminliyini ifadə edib.

Bakıya səfərindən məmnunluğunu ifadə edən Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt bu vəzifəyə seçildikdən sonra ilk xarici səfərlərindən birini Azərbaycana etdiyini vurğulayaraq ölkəmizin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Hazırda bütün dünyanın, xüsusilə Avropanın müxtəlif çağırışlarla üzləşdiyini deyən Pedro Aqramunt belə bir dövrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasının önəmini qeyd edib və Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin qarşılıqlı inam və hörmət prinsipləri əsasında daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi