Bakıda iki nəfəri bıçaqlayan gəncin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda iki nəfəri bıçaqlayan gəncin şikayəti əsasında məhkəmə başlayıb Bakı. 22 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
22 Yanvar , 2019 15:25
Bakıda iki nəfəri bıçaqlayan gəncin şikayəti əsasında məhkəmə başlayıb
0 : 00
0 : 00

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.

Qeyd edək ki, M.Sərxanbəyov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) 126.2.2126.2.4-cü maddələri ilə təqsirli bilinir.

O, ötən ilin may ayında Bakının Bülbül prospektində yerləşən gecə klublarından birində əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə gecə klubundan çöldə davam edərkən M.Sərxanbəyov əlini bıçağa atıb. Daha sonra o, mübahisə etdiyi iki şəxsə bıçaqla xəsarət yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi