Yuxarı
    Bağlamaq

    İki maşın toqquşaraq Yasamal qəbiristanlığının hasarını uçurub - FOTO - VİDEO - YENİLƏNİB

    Sürücünün müəyyənləşdirilməsi istiqmətində araşdırma aparılır© Report.az

    Video əlavə olunub


    *** 11:17

    Bakı. 13 iyul. REPORT.AZ/ Bakının Yasamal rayonunda iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

    "Report" xəbər verir ki, Şərifzadə küçəsi-6 ünvanında "10-OT-201" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücücü yüksək sürətlə hərəkət edərkən idarəetməni itirərək yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış "Qazel" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ziyan dəyib. Bundan başqa, qəza zamanı qəbiristanlığın hasarı dağılıb.

    Qəzadan sonra minik avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. Sürücünün müəyyənləşdirilməsi istiqmətində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi