İki gün öncə Qusar sakinini bıçaqlayan şəxs tutulub

İki gün öncə Qusar sakinini bıçaqlayan şəxs tutulub Zərərçəkən öz qonşusu tərəfindən bıçaqlanıb
Hadisə
1 Noyabr , 2016 01:34
İki gün öncə Qusar sakinini bıçaqlayan şəxs tutulub

Qusar. 1 noyabr. REPORT.AZ/ Oktyabrın 30-da Qusar sakini Mirzəcanov Ramiz Nadir oğlunu bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

"Report"un Şimal bürosu xəbər verir ki, bu, zərərçəkən şəxsin qonşusu Fərzəliyev Vüsal Saleh oğludur.

Cinayəti törədən şəxs artıq istintaqa cəlb edilib və barəsində cinayət işi açılıb. Araşdırmalar davam edir.

Qusar şəhərinin Rəsulbəyov küçəsində yaşayan 1980-ci il təvəllüdlü Ramiz Mirzəcanov iki gün əvvəl axşam saatlarında sol tərəfinin kəsilmiş, deyilmiş yaraları ilə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi