Yuxarı
    Bağlamaq

    İki Azərbaycan vətəndaşı qanunsuz olaraq Rusiya dövlət sərhədini keçdiyinə görə mühakimə olunub

    Məhkəmə onları cəzalarını ümumi rejimli koloniyada çəkməklə 1 il azadlıqdan məhrum edib

    Bakı. 2 avqust. REPORT.AZ/ Rusiyanın Omsk vilayətinin İsilkulski şəhər məhkəməsində iki Azərbaycan vətəndaşı - 29 yaşlı Tural B. və 30 yaşlı İmaməddin M. barəsində hökm oxunub.

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, onlar əvvəlcədən razılaşaraq qanunsuz şəkildə Rusiya dövlət sərhədini keçməkdə ittiham olunublar.

    Azərbaycanlılar hələ yazda buraxılış məntəqələrindən yayınmaqla Rusiya sərhədini keçmək barədə razılığa gəliblər. Onlar Qazaxıstan ərazisində olarkən dəmir yolu xətti ilə Rusiya sərhədinə qədər gedib və sərhədi uğurla keçib. Lakin İsilkulski rayonunda sərhəd xidmətçiləri onları saxlayıb.

    Məhkəmə Azərbaycan vətəndaşlarını cəzalarını ümumi rejimli koloniyada çəkməklə 1 il azadlıqdan məhrum edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi