Sumqayıtda idmançını bıçaqlayan şəxslərin cinayət işi prokurorluğa qaytarılıb

Sumqayıtda idmançını bıçaqlayan şəxslərin cinayət işi prokurorluğa qaytarılıb Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
10 Aprel , 2019 17:45
Sumqayıtda idmançını bıçaqlayan şəxslərin cinayət işi prokurorluğa qaytarılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi vəsatət qaldırıb.

O, təqsirləndirilən şəxslərin əməlində daha ağır cinayətin olduğunu deyərək işin prokurorluğa qaytarılmasını istəyib.

Vəsatət təmin edilib, cinayət işinin məhkəmədə baxılmasına xitam verilib və prokuroluğa qaytarılıb.

Qeyd edək ki, hadisə 2017-ci ildə Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin dörd gündən sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul - Ramil və Əhəd İsmayılovlar saxlanılıb.

Hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.

Xatırladaq ki, R.Həbibov idmançı olub.

Son xəbərlər

Orphus sistemi