İcra başçısının müavini: "Bakıda uçqun hadisəsi tikinti normalarının pozulması nəticəsində baş verib"

İcra başçısının müavini: "Bakıda uçqun hadisəsi tikinti normalarının pozulması nəticəsində baş verib" Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini açıqlama verib
Hadisə
12 Aprel , 2017 17:42
İcra başçısının müavini: Bakıda uçqun hadisəsi tikinti normalarının pozulması nəticəsində baş verib
Report.az

Bakı. 12 aprel. REPORT.AZ/ “Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun hadisəsi tikinti normalarının pozulması nəticəsində baş verib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə yerində olan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev deyib.

O qeyd edib ki, tikinti yerində 6 nəfər fəhlə olub. Onlardan ikisi ölüb.

Qeyd edək ki, hadisə "Green City" yaşayış-istirahət kompleksinin həyətində qeydə alınıb. Burada tikilməkdə olan iaşə obyekti uçub. Nəticədə orada işləyən şəxslərdən azı 2 nəfəri ölüb, 4 nəfəri xəsarət alıb. Yaralılardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər isə xəstəxanalara yerləşdirilib.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi