Azərbaycanda icra başçısının birinci müavininin otağından oğurluğa cəhd olub

Azərbaycanda icra başçısının birinci müavininin otağından oğurluğa cəhd olub Bakı. 7 yanvar. REPORT.AZ/ Ucar Rayon İcra Hakimiyyətinin binasında icra başçısının birinci müavini Əliş Cəbrayılovun kabinetindən oğurluğa cəhd olub.
Hadisə
958
7 Yanvar , 2019 10:48
Azərbaycanda icra başçısının birinci müavininin otağından oğurluğa cəhd olub

Bakı. 7 yanvar. REPORT.AZ/ Ucar Rayon İcra Hakimiyyətinin binasında icra başçısının birinci müavini Əliş Cəbrayılovun kabinetindən oğurluğa cəhd olub.

“Report”un xəbərinə görə, naməlum şəxs kabinetə daxil olaraq orada olan seyfi kəsməyə cəhd göstərib. Hadisə zamanı İcra Hakimiyyətinin mühafizəçiləri kabinetə daxil olduğundan həmin şəxs qaçmağa nail olub.

Əməliyyat nəticəsində oğurluğa cəhd edən şəxsin Göyçay rayon sakini, 30 yaşlı Kənan İsmayılov olduğu məlum olub. O, saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi