İcra başçısı: "Güclü yağış Xaçmazın 4 kəndinə ziyan vurub"

İcra başçısı: "Güclü yağış Xaçmazın 4 kəndinə ziyan vurub" "Qarğalıq kəndində 12 evi su basıb, sakinlər evakuasiya olunub"
Hadisə
2 Sentyabr , 2016 12:46
İcra başçısı: Güclü yağış Xaçmazın 4 kəndinə ziyan vurub

Xaçmaz. 2 sentyabr. REPORT.AZ/ "Güclü yağış Xaçmaz rayonunda 4 kəndə ziyan vurub". Bunu "Report"un Şimal bürosuna açıqlamasında Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Şəmsəddin Xanbabayev deyib.
İcra başçısı bildirib ki, Qudyalçay məcrasını dəyişib və kəndləri su basıb: "Hazırda sel sularının ziyan vurduğu kəndlərdəyik. Daha çox ziyan dəyən kənd Qarğalıq kəndidir ki, burada 12 evi su basıb və sakinlər evakuasiya olunub". 
Xaçmaz rayon Fövqəladə Hallar Komisiyasının sədri Yetkin Mehmanov "Report"a bildirib ki, rayon ərazisində 2 körpünü sel suları yararsız hala salıb: "Fövqəladə Hallar Nazirliyini Şimal Regional Bölməsinin texnikası və canlı qüvvəsi, həmçinin Mülki Müdafiə Qoşunlarının əsgərləri sel sularının qurudulması və dəyən ziyanların aradan qaldırılması üçün fəaliyyətə başlayıb. Güclü yağışın yağması nəticəsində rayonun Xaspoladoba kəndi ərazisindən keçən avtomobil körpüsü və Köhnə Xaçmaz kəndindən keçən piyada körpüsü yararsız hala düşüb".

Son xəbərlər

Orphus sistemi