İcra başçısı: "Ağdamın cəbhəyanı kəndlərində 100 yaşayış evinə ziyan dəyib"

İcra başçısı: "Ağdamın cəbhəyanı kəndlərində 100 yaşayış evinə ziyan dəyib" Hazırda dəymiş ziyanın miqdarı hesablanır
Hadisə
3029
5 Aprel , 2016 15:01
İcra başçısı: Ağdamın cəbhəyanı kəndlərində 100 yaşayış evinə ziyan dəyib

Bakı. 5 aprel. REPORT.AZ/ "Ermənilərin təmas xəttində törətdiyi təxribatlar nəticəsində Ağdam rayonunun cəbhəyanı kəndlərində yerləşən 100 fərdi yaşayış evinə ziyan dəyib və 20 yaşayış evi tamamilə yararsız hala düşüb". Bunu "Report"a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov bildirib.

İcra başçısı qeyd edib ki, hazırda dəymiş ziyanın miqdarı hesablanır: "Ağdam rayonunun təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərə baxış keçirilib. Ermənilər tərəfindən atəşə məruz qalan fərdi yaşayış evlərinə və inzibati binalara dəyən ziyanın miqdarı hesablanır".  

Son xəbərlər

Orphus sistemi