İçərişəhərdə yeraltı yolların olması ilə bağlı fikirlərə rəsmi münasibət bildirilib

İçərişəhərdə yeraltı yolların olması ilə bağlı fikirlərə rəsmi münasibət bildirilib “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov İçərişəhərdə yeraltı yolların olması ilə bağlı məlumatlara münasibət bildirib.
Hadisə
7 İyun , 2019 18:08
İçərişəhərdə yeraltı yolların olması ilə bağlı fikirlərə rəsmi münasibət bildirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov İçərişəhərdə yeraltı yolların olması ilə bağlı məlumatlara münasibət bildirib.

"Report"un xəbərinə görə, o, hələ orta əsrlərdən, bəlkə də ondan əvvəlki dövrdə İçərişəhərdə bir neçə yeraltı yolların mövcud ola biləcəyinə diqqət çəkib.

O qeyd edib ki, bununla bağlı araşdırmalar aparılır: "Arxeoloqlar və alimlər, eləcə də tarixçilər bu mövzu ətrafında vaxtında kifayət qədər ciddi araşdırmalar aparıb. Əldə olunan nəticələr onu göstərir ki, yollar olduğu kimi günümüzə gəlib çıxmayıb. Bu yolların bir neçəsi nə vaxtsa bizə məlum olmayan səbəblərdən beton və ya digər üsullarla bağlanıb".

"Bu yolun əvvəldən axıra qədər mövcudluğundan, təəssüf ki, danışmaq mümkün deyil. Yəni bu yollar, ümumilikdə, mövcud olub. Bu gün, təəssüf ki, yeraltı yolları şəbəkə olaraq bir-birinə bağlamaq və yaxud hər hansı məqsədlər üçün istifadə edilməsi mümkün deyil” - deyə o əlavə edib. 

Son xəbərlər

Orphus sistemi