Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Namaz Bəkirovun cinayət işi üzə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Bəkirov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2015-ci il iyun ayında baş verib. Bakıda keçirilən I Avropa Oyunları zamanı N.Bəkirov xarici vətəndaşlara qarşı quldurluq edib. Belə ki, o, Əməliyyat Komitəsinin işçiləri - Avstriya vətəndaşından 650 manat və Böyük Britaniya vətəndaşından isə 150 manat pulu quldurluq yolu ilə ələ keçirib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində N.Bəkirov saxlanılıb.