Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə 22 şahid ifadə verib.
Həmin şahidlərin bir çoxu Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları olub.
Onlar dindirilən zaman ibtidai istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini və təqsirləndirilən H.Abdullayevi tanımadıqlarını bildiriblər.
Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların
Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.
Xatırladaq ki, iş üzrə təqsirləndirilən Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.