Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə baş tutmayıb.
"Report"un xəbərinə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayevin gətirilmədiyi elan edilib.
Bu səbəbdən proses sentyabrın 19-a təxirə salınıb.
Qeyd edək ki, proses artıq dördüncü dəfədir ki, eyni səbəbdən təxirə salınır.
Bu iş üzrə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəməlidir.
Rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların
Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.
Xatırladaq ki, iş üzrə təqsirləndirilən Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.