Yuxarı

Hüseyn Abdullayev Bakı İstintaq Təcridxanasına köçürülüb

Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən Hüseyn Abdullayev Bakı İstintaq Təcridxanasına köçürülüb.

“Report”un əldə etdiyi məlumata görə, hazırda istintaqı davam etdirilən H.Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2 maddəsi üzrə (külli miqdarda vergidən yayınma) cinayət işi başlanılıb. “İnterpol” xətti ilə axtarışda olan “Quska” ləqəbli H.Abdullayev Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi