BQXK nümayəndələri və hüquq müdafiəçiləri Mehman Hüseynovla görüşüb - FOTO - YENİLƏNİB

BQXK nümayəndələri və hüquq müdafiəçiləri Mehman Hüseynovla görüşüb - FOTO - YENİLƏNİB Bakı. 8 yanvar. REPORT.AZ/ Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri, hüquq müdafiəçiləri - Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı və Sahib Məmmədov Bakı İstintaq Təcridxanasında həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüblər.
Hadisə
8 Yanvar , 2019 15:34
BQXK nümayəndələri və hüquq müdafiəçiləri Mehman Hüseynovla görüşüb - FOTO - YENİLƏNİB

Bakı. 8 yanvar. REPORT.AZ/ Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri, hüquq müdafiəçiləri - Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət BənənyarlıSahib Məmmədov Bakı İstintaq Təcridxanasında həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüblər.

S.Bənənyarlı “Report”a açıqlamasında bildirib ki, başçəkmə çərçivəsində M.Hüseynovla bir saatdan çox söhbət ediblər.

O deyib ki, söhbət zamanı bloqqerin saxlanma şəraiti və hansısa şikayətinin olub-olmaması araşdırılıb: “Onun hazırkı durumu kifayət qədər normaldır. Mehman Hüseynov sulu qida qəbul etməyə başlayıb. Saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Yeganə şikayəti ona ikinci cinayət işinin açılması ilə bağlıdır. Bunu da özünün hüquqlarının pozulması kimi qiymətləndirir və etiraz edir. Bu etirazı və bütün dediklərini yazıb lazımi addımlar atacağıq”.

S.Bənənyarlı əlavə edib ki, M.Hüseynovun səhhəti normaldır və bütün günü həkim nəzarətindədir: “Atası bu gün də, hətta bundan əvvəl də oğlu ilə görüşüb, eləcə də hər görüşdə yemək də aparıb. Onun səhhətinin pis olması ilə bağlı heç bir şey görmədik. Məndə olan məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) üzvləri də Mehmanla görüşüb”.

Hüquq müdafiəçisi qeyd edib ki, M.Hüseynovla bağlı həm Prezident İlham Əliyevə, həm də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin adından Baş Prokurorluğa müraciət ünvanlanacaq. 


*** 14:38

Bu gün - yanvarın 8-də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüb.

“Report” xəbər verir ki, S.Məmmədov sosial şəbəkədə M.Hüseynovla birgə fotosunu paylaşıb.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi