Hündürlükdən yıxılan 58 yaşlı kişi öldü

Hündürlükdən yıxılan 58 yaşlı kişi öldü Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
Hadisə
30 Aprel , 2020 21:43
Hündürlükdən yıxılan 58 yaşlı kişi öldü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

“Report”un məlumatına görə, hadisə rayonun “At yalı” adlanan yaşayış massivində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Orucov Zakir Həsən oğlu tikintidə işləyərkən hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə daxili qanaxma və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi