Hövsanda avtomobil piyadanı vuraraq öldürüb

Hövsanda avtomobil piyadanı vuraraq öldürüb Suraxanı rayonunun Hövsan qəsəbəsində qəza baş verib.
Hadisə
7 Mart , 2024 09:12
Hövsanda avtomobil piyadanı vuraraq öldürüb

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində qəza baş verib.

"Report"un məlumatına görə, gecə saatlarında 1996-cı il təvəllüdlü Qasımbəyli Tuncay Xəqani oğlu "Chevrolet kruz" markalı avtomobillə MİDA sosial evlərin yaxınlığında 1967-ci il təvəllüdlü piyada Müzəffərov Şakir Əyyub oğlunu vurub.

Nəticədə piyada ağır xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi