Horadizdə insan həyatına təhlükə yaradan avtokranın fəaliyyəti dayandırılıb

Horadizdə insan həyatına təhlükə yaradan avtokranın fəaliyyəti dayandırılıb Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir.
Hadisə
3 Avqust , 2024 11:35
Horadizdə insan həyatına təhlükə yaradan avtokranın fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən avtokranda plan üzrə yoxlama aparılıb.

"Yoxlama zamanı avtokranın yük qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun quraşdırılmadığı müəyyənləşdirilib.

Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun olaraq inzibati akt tərtib edilməklə avtokranın fəaliyyəti dayandırılıb"- deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi