Hollandiyada azərbaycanlılar arasında dava düşüb, Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlanıb - VİDEO - YENİLƏNİB

Hollandiyada azərbaycanlılar arasında dava düşüb, Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlanıb - VİDEO - YENİLƏNİB Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb
Hadisə
24 Aprel , 2017 16:03
Hollandiyada azərbaycanlılar arasında dava düşüb, Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlanıb - VİDEO - YENİLƏNİB

*** saat 15:12

Bakı. 24 aprel. REPORT.AZ/ Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb. 

"Report"un məlumatına görə, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.

Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.

***

Hadisənin təfərrüatına gəldikdə, toy mərasimində qonaq kimi iştirak edən P.Məmmədovun stoluna restoranın ofisiantı kabab gətirib. P.Məmmədov kababın yaxşı bişmədiyini və yandığını deyərək ofisiantla mübahisə edib. Restoranın məsul şəxlərindən biri, hələlik adı açıqlanmayan azərbaycanlı P.Məmmədovla mübahisə edib. Daha sonra onlar mübahisəni davam etdirmək üçün restoranın yaxınlığındakı parka gediblər. Mübahisə zamanı həmyerlisi P.Məmmədova 5 bıçaq zərbəsi vurub.

Onu bıçaqlayan şəxs saxlanılıb.

Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub.

Son xəbərlər

Orphus sistemi