Hipermarketdəki silahlı insidenti törədənlərə qarşı keçirilən əməliyyatın təfərrüatı açıqlanıb - YENİLƏNİB

Hipermarketdəki silahlı insidenti törədənlərə qarşı keçirilən əməliyyatın təfərrüatı açıqlanıb - YENİLƏNİB Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənənlərdən bir nəfər saxlanıldı, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edildi.
Hadisə
4 Mart , 2023 22:30
Hipermarketdəki silahlı insidenti törədənlərə qarşı keçirilən əməliyyatın təfərrüatı açıqlanıb - YENİLƏNİB

Hipermarketdəki silahlı insidenti törədənlərə qarşı keçirilən əməliyyatın təfərrüatı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib.

O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib.

Görülən tədbirlərlə o, zərərsizləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.

FOTO: Ramin Şahbazov

21:48

Xətai rayonunda yerləşən hipermarketlərin birində cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Əməliyyat tədbirləri davam edir.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir ki, Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb. Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb. Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi