Hikmət Mirzəyev: “Məhkəmələrdə daha çox pozuntu şikayətçinin iştirakının təmin edilməməsidir”

Hikmət Mirzəyev: “Məhkəmələrdə daha çox pozuntu şikayətçinin iştirakının təmin edilməməsidir” “Məhkəmələrə verilən şikayətlərdə daha çox pozuntu kimi istinad olunan hallardan biri ondan ibarətdir ki, şikayətə baxılarkən şikayəti vermiş şəxslərin iştirakı təmin edilmir. Ona görə də mühüm konstitusion hüquqlardan biri olduğu nəzərə alınmaqla ona əməl olunması yuxarı seçki komissiyaları tərəfindən təmin olunmalıdır”.
Hadisə
12 Noyabr , 2019 12:32
Hikmət Mirzəyev: “Məhkəmələrdə daha çox pozuntu şikayətçinin iştirakının təmin edilməməsidir”

“Məhkəmələrə verilən şikayətlərdə daha çox pozuntu kimi istinad olunan hallardan biri ondan ibarətdir ki, şikayətə baxılarkən şikayəti vermiş şəxslərin iştirakı təmin edilmir. Ona görə də mühüm konstitusion hüquqlardan biri olduğu nəzərə alınmaqla ona əməl olunması yuxarı seçki komissiyaları tərəfindən təmin olunmalıdır”.

“Report” xəbər verir ki, bu fikirləri Ali Məhkəmənin kollegiya sədri Hikmət Mirzəyev seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusuna həsr olunmuş seminar-müşavirədə deyib.

Onun sözlərinə görə, əsas məsələlərdən biri vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin istər müvafiq yuxarı seçki komissiyalarında, istərsə də məhkəmələrdə araşdırılması ilə bağlıdır: “Şikayət vermiş şəxsin şikayətin baxılmasında iştirakının təmin edilməsi və onun irəli sürdüyü bütün dəlillərin araşdırılması məsələsidir. Aydındır ki, şəxsin özünün şikayətinə baxılmasında iştirak etmək hüququ ən təməl hüquqlardan biri olmaqla təmin edilməlidir”.

H.Mirzəyev bildirib ki, seçki prosesini həyata keçirən orqanların fəaliyyəti vətəndaşların hüquqlarının təmin edilməsinə yönəlməlidir: “Müvafiq olaraq, sözügedən bütün hallarla bağlı vətəndaşların güman etdikləri hüquqlarının pozuntusuna dair işlər üzrə məhkəmədə mübahisə açılması mümkündür. Seçki Məcəlləsinin 112.1-ci maddəsində təsbit edilmişdir ki, seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət verilə bilər. Eyni zamanda qanunvericilikdə həmçinin təsbit edilib ki, şikayət əvvəlcə yuxarı seçki komissiyalarına, daha sonra isə məhkəməyə verilə bilər. Bununla qanunverici aşağı seçki komissiyalarında yol verilmiş pozuntuların məhkəməyə gəlmədən yuxarı seçki komissiyaları tərəfindən aradan qaldırılması üçün imkan yaratmış olur. Bu isə o deməkdir ki, yuxarı seçki komissiyaları şikayətlərə formal yanaşmamalı, onun hərtərəfli araşdırmasını aparmaqla və bütün zəruri sübutları toplamaqla qanuni və əsaslandırılmış qərar qəbul etməlidirlər”.

Ali Məhkəmənin kollegiya sədri vurğulayıb ki, digər bir mühüm məsələ şikayət vermiş şəxsin dəlillərinin hərtərəfli araşdırmasının aparılması və qəbul olunmuş qərarda şikayətin bütün dəlillərinə əsaslandırılmış cavabın verilməsidir: “Bu həm qanunvericilikdən, həm də hüquqi dövlətin mahiyyətindən irəli gələn tələbdir. Çünki şikayətə baxılması ilə bağlı inzibati icraat aparılır. Belə icraat isə Konstitusiyada və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilməlidir. Həm yuxarı seçki komissiyaları tərəfindən, həm də məhkəmələrdə şikayətə baxılarkən şikayətin bütün dəlillərinin hərtərəfli araşdırılmasının təmin edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir”.

Son xəbərlər

Orphus sistemi