Həyətində çətənə kolları yetişdirən Şabran sakini tutulub

Həyətində çətənə kolları yetişdirən Şabran sakini tutulub Şabran. 28 iyul. REPORT.AZ/ Şabran sakini həyətində becərdiyi çətənə kollarını istifadə edə bilməyib.
Hadisə
28 İyul , 2018 18:42
Həyətində çətənə kolları yetişdirən Şabran sakini tutulub

Şabran. 28 iyul. REPORT.AZ/ Şabran sakini həyətində becərdiyi çətənə kollarını istifadə edə bilməyib.

"Report"un şimal bürosunun verdiyi məlumata görə, iyulun 28-də Şabran RPŞ-ə daxil olmuş məlumata əsasən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ş.Sətiyevaya məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb. 

Evə baxış zamanı həyətdə dibçəklərdə hündürlüyü 15-20 sm olan 5 ədəd çətənə kolu aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı həmin şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi