Heydər Əliyev prospektində yüksək sürət qəzaya səbəb olub - FOTO - VİDEO - YENİLƏNİB

Heydər Əliyev prospektində yüksək sürət qəzaya səbəb olub - FOTO - VİDEO - YENİLƏNİB "Tofaş" markalı avtomobil "Mercedes"ə çırpılıb
Hadisə
19 May , 2017 09:49
Heydər Əliyev prospektində yüksək sürət qəzaya səbəb olub - FOTO - VİDEO - YENİLƏNİB
Report.az

*** İlk xəbər 02:14-də dərc olunub. Video əlavə olunub

Bakı. 19 may. REPORT.AZ/ Bakının Nərimanov rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

"Tofaş" markalı avtomobildə "Koroğlu" metrostansiyası istiqamətində yüksək sürətlə hərəkət edən 1974-cü il təvəllüdlü Valeh Məmmədov idarəetməni itirərək ikinci yola keçib və burada kənarda duran "Mercedes"ə çırpılıb.

Hadisə nəticəsində "Tofaş"ın sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

"Mercedes"in Suraxanı Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə sabiq rəis müavini Akif Nəzərliyə məxsus olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi