Heydər Əliyev prospektində piyadanı maşın vurub

Heydər Əliyev prospektində piyadanı maşın vurub Bakı. 28 iyun. REPORT.AZ/ Bakının Heydər Əliyev prospektində piyada keçidindən istifadə etməyən kişini maşın vurub.
Hadisə
28 İyun , 2018 08:28
Heydər Əliyev prospektində piyadanı maşın vurub

Bakı. 28 iyun. REPORT.AZ/ Bakının Heydər Əliyev prospektində piyada keçidindən istifadə etməyən kişini maşın vurub.

"Report"un xəbərinə görə, hadisə prospektin Nərimanov rayonu ərazisinə düşən hissəsində baş verib.

1982-ci il təvəllüdlü Əliyev Seyid Mircəfər oğlu piyadalar üçün müəyyən edilməmiş yerdən keçərkən onu "90-VF-615" dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobil vurub. Avtomobilin sürücüsü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Son xəbərlər

Orphus sistemi