Bakı. 27 may. REPORT.AZ/ Bakının Heydər Əliyev prospektində (Mərdəkan körpüsünədək) bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkət sürətinin həddi 20 km/saat endirilib.
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Mais Ağayev bildirib.
M.Ağayevin sözlərinə görə, atılan addım mövcud hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədinə xidmət edir.