Heydər Əliyev Fondu Qardabani rayonuna təcili tibbi yardım maşını hədiyyə edib

Heydər Əliyev Fondu Qardabani rayonuna təcili tibbi yardım maşını hədiyyə edib Tbilisi. 16 iyun. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gurcüstana səfəri çərçivəsində bu gün azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda olub.
Hadisə
16 İyun , 2018 17:06
Heydər Əliyev Fondu Qardabani rayonuna təcili tibbi yardım maşını hədiyyə edib

Tbilisi. 16 iyun. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gurcüstana səfəri çərçivəsində bu gün azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda olub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, komitə sədri Heydər Əliyev Fondu tərəfindən Qardabani rayonuna hədiyyə olunmuş təcili tibbi yardım avtomobilini rayon rəhbərliyinə təqdim edib.

Dövlət Komitəsinin sədri Azərbaycan Prezidenti adından ictimaiyyət nümayəndələrini Ramazan bayramı və Milli Qurtuluş Günu munasibətilə təbrik edib.

Bildirilib ki, avtomobil bütün lazımi, muasir texniki avadanlıqla təmin olunub.

F.Muradov Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb, Azərbaycan dövlətinin bu əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib. Prezident İlham Əliyevin bu ölkədə yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib. O, eyni zamanda, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın da salamlarını və xoş arzularını çatdırıb.

Rayon rəhbərliyi, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri hədiyəyə görə Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna minnətdarlıq ediblər.

F.Muradov yerli sakinlərlə də görüsüb, onların qayğıları ilə maraqlanıb.

Son xəbərlər

Orphus sistemi