Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçiriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçiriləcək Təlimi FHN və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti keçirəcək
Hadisə
27 Aprel , 2015 17:41
Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçiriləcək

Bakı. 27 aprel. REPORT.AZ/ Aprelin 28-də Fövqəladə Hallar Nazirliyi (FHN) və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin qüvvə və vasitələri cəlb olunmaqla Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçiriləcək. Bu barədə “Report”a FHN-in mətbuat xidmətindən bildirilib.

Təlimin keçirilməsində əsas məqsəd aeroport ərazisində təhlükəsizliyin qorunması üçün aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.  

Son xəbərlər

Orphus sistemi