Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.
Bu barədə "Report"un hadisə yerinə cəlb olunmuş əməkdaşı xəbər verir.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğının söndürülməsinə helikopterlər cəlb olunub.
"Report"un hadisə yerinə cəlb olunmuş əməkdaşı xəbər verir ki, hadisə baş verən ərazidə iki yanğın söndürən helikopter hərəkət edir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub", - nazirlikdən bildirilib.
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.
"Report" xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.
Foto: Vüqar Xanlarov